Azərbaycanın qeyri-neft ixracı I rübdə 23,2% artıb

Azərbaycanın qeyri-neft ixracı I rübdə 23,2% artıb backend

Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 912,2 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics" İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 23,2% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 mln ABŞ dollarına bərabər olub.

Diaspora