Yanvar-fevral aylarında Azərbaycanda diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta və 39,5 min ton tərəvəz istehsal olunub.
QAZİLER.AZ AZƏRTAC-a istinadən bildirir ki, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 2,8 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 16,1 faiz və tərəvəz istehsalı 0,8 faiz artıb.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,4 faiz, bitkiçilik məhsulları istehsalı 1,9 faiz artıb.