Rəsmi manat açıqlaması

Rəsmi manat açıqlaması backend

Mərkəzi Bankın sədri Elman Rüstəmov əhaliyə müraciət edib

Dövlət televiziyasına müsahibə verən Elman Rüstəmov əhalini sakit olmağa çağırıb.
O bildirib ki, manatın ucuzlaşması əhalinin gəlirlərində 100-də bir qəpik qədər hiss olunacaq.

"Birrəqəmli inflasiya nəyinki qorxulu deyil, hətta iqtisadiyyatın və biznesin stimullaşdırılması üçün faydalıdır. Əhalinin seçim imkanları çoxdur. Gəlirlərini müxtəlif valyutalarda saxlaya bilər", - deyə Mərkəzi Bankın sədri bildirib.

Elman Rüstəmov bildirib ki, manatın ucuzlaşmasına görə əhalinin narahatlığı və nigarançılığı üçün heç bir əsas yoxdur: "Banklara tapşırmışıq ki, əhalinin əmanətlərinin manatdan dollara keçirmək istəyinə mane olmasınlar, təki depozitlər banklarda qalsın".

Qeyd edək ki, Azərbaycanda valyuta dəyişmə məntəqələrində manat dollara nəzərən 0,05 faiz ucuzlaşıb. Mərkəzi Bankın saytında 1 dollar 0,7844 AZN idisə, indi 0,7848 AZN-dir. Şəhərdəki bəzi valyuta dəyişmə məntəqələrində isə 0,7868-dir.

Onu da bildirək ki, dünya bazarında ötən ilin avqustundan başlayaraq neftin qiymətinin ucuzlaşması fonunda dolların dəyəri artıb. Rubl, avro və digər valyutalar kəskin ucuzlaşsa da, Azərbaycanın Mərkəzi Bankı ötən 7 ayda manatı sabit saxlayıb.

Ötən iki ayda Mərkəzi Bank manatın saxlanmasına 2,3 milyard dollar xərcləyib. Bu, 13 milyardlıq Mərkəzi Bankın ümumi ehtiyatının 15 faizi qədərdir.
Diaspora