2023-cü ilin yanvar-fevral aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 15,8 faiz (128 mln. manat) çox olmaqla 943 mln. manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, pensiyaların orta məbləği 18,5 faiz artaraq 423 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 456 manata çatıb.
Pensiya islahatlarında yeni mərhələ kimi, minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.
Həmçinin 2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilməklə pensiyaları artırılıb.
Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.
Bu ilin iki ayı ərzində 7,1 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 78,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.