Qubadlı-Eyvazlı avtomobil yolunda işlər tamamlanmaq üzrədir

Qubadlı-Eyvazlı avtomobil yolunda işlər tamamlanmaq üzrədir backend

Bu haqda Saleh Məmmədov brifinqdə bildirib

Azad olunmuş ərazilərdə inşa edilən Qubadlı-Eyvazlı avtomobil yolunun torpaqlanma işləri tamamlanmaq üzrədir.

QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-ci ildə görülmüş işlərə dair Zəngilan rayonunda keçirdiyi brifinqdə bildirib.

“Artıq yolun torpaq işlərinin 90 faizi görülüb. Bu yol vasitəsilə Gorus-Sisyan yoluna çıxış əldə edilir. Bu da Şərqi Zəngəzura ikinci çıxış olacaq. Yol bu ilin may-iyun aylarında hazır olacaq və istifadəyə veriləcək”, - deyə İdarə Heyətinin sədri qeyd edib.

Diaspora