Artıq bu sahədə işlərə başlanılıb
Azad olunmuş ərazilərin bərpası üçün dövlət büdcəsindən vəait ayrılıb. Həmçinin ərazilərdə xarici investorlara da imkan yaradılıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
Onun sözlərinə görə, artıq xarici investorlar bu sahəyə cəlb edilib.
“Artıq bununla bağlı xarici investor tərəfindən işlər başlanılıb. İnvestor tərəfindən Zəngilana 3500 cins heyvan gətirilib. Bu sayın 10 minə çatdırılması gözlənilir. Hazırda digər sahələrin inkişafı ilə bağlı da xarici investorlardan təkliflər gəlib”, - deyə Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.