Dünya Ukrayna münaqişəsində trilyon dollarlar itirib

Dünya Ukrayna münaqişəsində trilyon dollarlar itirib backend

Ukrayna münaqişəsi səbəbindən dünya iqtisadiyyatı 2,8 trilyon dollar itirib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Kabinetinin işləri üzrə naziri Məhəmməd bin Abdulla əl-Gerqavi deyib. O, həmçinin Ukraynadakı vəziyyətin nüvə müharibəsinin başlamasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

"Təəssüf ki, bu gün biz Rusiya ilə Ukrayna arasında münaqişəyə şahidlik edirik. Buna görə dünya təxminən 2,8 trilyon dolları itirmək riski ilə üzləşir”, - nazir bildirib.

Fevralın 13-də “Reuters” xəbər verdi ki, Avropa ölkələri enerji böhranı şəraitində ev təsərrüfatlarına və yerli biznesə kömək etmək üçün 2021-ci ildən bəri 792 milyard avro ayırıb. Tədqiqatçılar hökumətləri xərcləmələrdə daha məqsədyönlü olmağa çağırıblar. Xərclər COVID-19-dan sonra bərpa üçün Aİ fondunun xərcləri ilə müqayisə edilə bilər.

QAZİLER.AZ

Diaspora