SOCAR-ın TANAP-da pay satışının səbəblərinə münasibəti

SOCAR-ın TANAP-da pay satışının səbəblərinə münasibəti backend

"SOCAR Turkey Enerji"nin Transanadolu qaz kəmərində (TANAP) pay alması layihənin maliyyələşdirilməsi məsələlərinin sistemli həllidir. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə əsasən, bu proses SOCAR-ın daxilində aktivlərin özünəməxsus verilməsidir ki, bu da layihənin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll etməyə imkan verəcək: "TANAP-da 58 faizlik payımızdan 7 faizini layihənin maliyyələşdirilməsində iştirak edəcək "SOCAR Turkey Enerji"yə verəcəyik. Bu, aktivlərin özünəməxsus verilməsidir. Həmçinin, bu, "SOCAR Turkey Enerji"nin Türkiyədə aktivlərinin artırmağa imkan verəcək",

R. Abdullayev qeyd edib ki, "SOCAR Turkey Enerji"nin 13 faizlik payının ABŞ-ın "Goldman Sachs" bankına 1,3 milyard dollara satışından SOCAR-ın əldə etdiyi vəsaitlərin əsas hissəsi banklardan götürülüən kreditlərin ödənilməsinə və yeni layihələrin maliyyələşdirilməsinə xərclənəcək.
Diaspora