“Milli valyutanın məzənnəsinin dəyişəcəyi barədə mətbuatda qaldırılan səs-küyə heç bir ehtiyac yoxdur”. Lent.az-ın məlumatına görə, bunu sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.
Onun sözlərinə görə, burada söhbət əsasən manatın kursunun təkcə bir valyutaya - dollara bağlanması prinsipindən daha etibarlı sayılan iki valyuta hesabına formalaşacaq səbət vasitəsilə müəyyən edilməsindən gedir: “Bu gün manatın kursunun kəskin dəyişməsi ehtimalı yoxdur. Ona görə də belə ajiotaj yaratmaq heç kimə lazım deyil”.Sabiq maliyyə nazirindən MANAT açıqlaması

