ABŞ-ın dövlət borcunun artırılması ilə bağlı danışıqlar dalana dirənib.
Qaziler.az "RİA Novosti"ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pierinin bəyanatında deyilir.
Amerika lideri Co Bayden hesab edir ki, Konqres bunu heç bir şərt olmadan etməlidir.
"Bunu şərtsiz etmək lazımdır. Biz burada danışıqlar üçün heç bir imkan görmürük, burada nəyi müzakirə etmək lazımdır ki?! Biz bunu onların - konqresin vəzifəsi hesab edirik”, - Jan-Pier bildirib.
QAZİLER.AZ