Turizm sahəsində hədəfimizə çatdıq

Turizm sahəsində hədəfimizə çatdıq backend

Türkiyəli nazir Nurəddin Nebati açıqlama verdi

Türkiyənin maliyyə naziri Nurəddin Nəbati Twitter hesabında bunları deyib: “Epidemiya və Rusiya-Ukrayna müharibəsindən sonra yaranan qlobal çətinliklərə baxmayaraq, biz 2022-ci ildə Turizm sahəsində hədəflərimizə nail olduq. 2022-ci ildə ölkəmizə əvvəlki illə müqayisədə 71,1 faiz artımla ümumilikdə 51,4 milyon insan səfər edib və turizmdən  46,3 milyard dollar gəlir əldə edilib, 2019-cu ildə 38,9 milyard dolları ötməsinə nail olduq. Turizmdə əldə etdiyimiz bu diqqətəlayiq uğurla bu sektorda yeni dövr başlayıb, ölkəmiz Superliqada turizmin yeni mövqeyini möhkəmləndirib. 2023-cü il hədəfimizi yüksəldərkən, 60 milyon turist və 56 milyard dollar gəlir əldə etməyi hədəfləyirik. 

QAZİLER.AZ

Diaspora