Rusiyadan ayrılan "Mastercard" ötən il 30 milyon dollar itirdi

Rusiyadan ayrılan  "Mastercard" ötən il 30 milyon dollar itirdi backend

Bundan əvvəl "Visa card"-da öz fəaliyyətini dayandırmışdı

Beynəlxalq ödəniş sistemi Mastercard Rusiyada fəaliyyətini dayandırmaq qərarından sonra 2022-ci ildə 30 milyon dollar itirib. Bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Şirkətin itkisi bilavasitə tətbiq edilən sanksiyalar və Rusiya Federasiyasında fəaliyyətinin dayandırılması ilə bağlı olub.

Onlar həmçinin Mastercard-ın Rusiyadakı fəaliyyətindən ümumi itkiləri də hesablayıblar. Əsasən əlavə işçi xərcləri hesabına bu xərc 67 milyon dollar təşkil edib . Bununla yanaşı  şirkət rusiyalı müştərilərə daha kiçik ödənişlər hesabına əldə etdiyi 37 milyon dollar mənfəəti də nəzərə alıb.

Bundan əvvəl ölkə mətbuatı Mastercard-ın Rusiyada əməliyyatları müvəqqəti dayandırmaq qərarını açıqladığını yazmışdı. İndi Rusiya bankları tərəfindən buraxılan kartlar artıq Mastercard şəbəkəsi tərəfindən dəstəklənməyəcək.

Xatırladaq ki, bir müddət əvvəl Vizaa-nın Rusiyadakı əməliyyatları dayandırdığını bildirilirdi. Mastercard kimi, Rusiya Federasiyasında buraxılmış Visa kartlarından istifadə edilən bütün əməliyyatlar artıq ölkə hüdudlarından kənarda aparılmayacaq.

QAZİLER.

Diaspora