Rusiya yeni nəsil Wİ-Fİ paylayıcılarının istehsalına başlayacaq

Rusiya yeni nəsil Wİ-Fİ paylayıcılarının istehsalına başlayacaq backend

İstehsal 2024-cü ilə planlaşdırılıb

Gələn ilin  yəni 2024-cü ilin sonuna kimi Rusiyada Wi-Fi 6 simsiz rabitə standartını dəstəkləyən yerli paylayıcıların istehsalı nəzərdə tutulub. Bu barədə ölkə mətbuatı məlumat verib.

Qeyd olunur ki, layihəyə Rusiya Federasiyası Rəqəmsal İnkişaf Nazirliyi nəzarət edəcək. 2025-ci ilin əvvəlinə qədər Rusiyada ən azı 500.000 Wi-Fi 6 paylayıcıları istehsal edilməlidir. NIPO, ER-Telecom Holding və Rostelecom kimi ən böyük internet provayderlərini yerli avadanlıqlar üçün potensial dövlət müştəriləri kimi qeyd edir.

Müzakirə zamanı ekspertlər bildiriblər ki, artıq Rusiyada idxal olunan komponentlər əsasında Wi-Fi paylayıcıları istehsal edən müəssisələr var, lakin onlar Wi-Fi 6 standartını dəstəkləmir. Mütəxəssislər hesab edirlər ki, Rusiya Federasiyasında Wi-Fi 6-nın tətbiqi köhnəlmiş diapazonda işləyən cihazların bir-birinə yaratdığı müdaxilə səviyyəsini azaltmağa və istifadəçilər üçün şəbəkə sürətini artırmağa imkan verəcək.

Wi-Fi 6 paylayıcıları 5-6 GHz tezlik diapazonunda işləyir, əvvəlki standartlar isə 2,4 GHz ilə məhdudlaşır. Daha yüksək diapazon Wi-Fi 6-ya sürət və əlaqə sabitliyi baxımından 5G-yə yaxınlaşmağa imkan verir. Eyni zamanda 2023-cü ildə Moskva metrosunda 5G bağlantısı yaranacağı haqda da məlumat verilib.

QAZİLER.AZ

 

Diaspora