Alma-Atada Mc.Donald's restoranları adsız açılacaq

Alma-Atada Mc.Donald's restoranları adsız açılacaq backend

Fasd Food restoranları fəaliyyətə başlayacaq

McDonald's restoranlar şəbəkəsi artıq tanınmış bir brenddir. Fasd Food restoranları arasında ən tanınmış və ən ən çox müştəri məmnuniyyəti qazanmış restorandır.

Alma-Atada əvvəllər McDonald's brendi altında fəaliyyət göstərən bir neçə iaşə restoranı yenidən açılıb, lakin brendi yoxdur. Yəni, yeni fəaliyyətə başlamış keçmiş McDonald's restoranları artıq adsız fəaliyyət göstərəcək.  Bu barədə restoranlar şəbəkəsinin sahibi olan “Food Solutions KZ” şirkətinin dərc olunmuş bəyanatında deyilir.

"Fast food restoranlarının açılışı mərhələli şəkildə həyata keçiriləcək, ilkin mərhələdə Alma-Atada beş restoran açılacaq", - məlumatda deyilir.

“Food Solutions KZ” bildirir ki, restoranlar lazımi həcmdə məhsul qəbul edib və artıq rəsmi açılışa hazırdır. Ziyarətçilərin “ən yüksək keyfiyyətli məhsullar, dadlı və müxtəlif menyu” gözlədikləri qeyd edilir, həmçinin “qonaqpərvər xidmət və isti atmosfer” göstəriləcəyi ümid edilir.

Hesabatda həmçinin deyilir ki, McDonald's bağlanan zaman işləyən qida xidmətinin işçiləri öz iş yerlərini, eləcə də maaşlarını itirməyiblər. Onlar eyni maaşla öz vəzifələrində saxlanılıblar.

“Bu, şirkətimizin həyatında yeni bir səhifədir... Biz ictimai iaşə sənayesində lider mövqeyimizi qorumaq niyyətindəyik”, -baş direktor Aset Maşanov bildirib.

Xatırladaq ki, McDonald's məhsulların tədarükü ilə bağlı problemlərə görə Qazaxıstandakı restoranlarını bağlamışdı. 

QAZİLER.AZ

 

Diaspora