Avropada qazın qiyməti 10% artdı

Avropada qazın qiyməti 10% artdı backend

Səbəb-soyuda qaza olan tələbatdır

Avropada qazın qiyməti 10% artıb. Buna səbəb isə havanın kəskin soyumasıyla əlaqədar qaza olan tələbatın artmasıdır. Baxmayaraq ki, regionda qaz anbarlarının doldurulması mövsümi normalardan xeyli yüksəkdir və hazırda maye qaz idxal olunur.

Həmçinin qeyd edilir ki, Norveçdən qaz tədarükü texniki xidmətlə əlaqədar olaraq məhdud olaraq qalır.

Beləliklə, Hollandiyanın TTF qovşağında fevral fyuçerslərinin dəyəri cari məzənnə nəzərə alınmaqla 1 MVt/saat üçün 66,8 avro və ya min kubmetr üçün 759,7 dollar təşkil edib. Bu haqda  ICE birjasının Moskva vaxtı ilə saat 18:56-a olan xəbərlərində məlumat verilib.

Bundan əvvəl BVF 2023-cü ildə Avropada qaz və elektrik enerjisi üçün rekord qiymətlər proqnozlaşdırmışdı. Artan enerji qiymətlərinin  2023-cü illərdə Avropada yaşayış dəyərini müvafiq olaraq 7% və 9% artıracağı proqnozlaşdırılır.

Xatırladaq ki, 2023-cü il yanvarın 16-da Avropada qazın qiymətinin 1000 kubmetr üçün təxminən 600 dollara düşmüşdü.

QAZİLER.AZ

 

 

Diaspora