Un ehtiyatı nə qədər qalıb?

Un ehtiyatı nə qədər qalıb? backend

"Hazırda təxmini olaraq 60 000 ton un ehtiyatı var".

Qaziler.az Gürcüstan KİV-lərinə istina edib bildirir ki, bu barədə “Gürcüstan Çörək Sənayesi İttifaqı”nın sədri Malxaz Dolidze məlumat verib. Onun sözlərinə görə, bu da Gürcüstanda üç aya yaxın un tədarükünün olması deməkdir: "Gürcüstanda ununun ortalama qiyməti ilə Rusiyadan gətirilən unun qiyməti bir-birinə yaxınlaşıb və təqribi olaraq 70 lari təşkil edib. Hazırda unun qiyməti 5 lari daha ucuzlaşıb. Gürcüstanda ərzaq təhlükəsizliyi baxımından ehtiyatlarımız var. Hazırda ölkəyə təxminən 60 min tondan çox buğda və un gətirilib ki, bu da təxmini olaraq 3 aylıq tədarükdür. Tam məsuliyyətimlə deyə bilərəm ki, mart ayına kimi burada qiymətlərdə və istehsalda hər hansı bir problem olmayacaq".

Şükürlər olsun, Azərbaycanda bu sahədə problem yoxdur. Dövlət Statistika Komitəsinin rəsmi rəqəmləri də ümidvericidir.

QAZİLER.AZ

Diaspora