SOCAR: Gürcüstanda hüquqi şəxslərə satılan qazın qiyməti artırılmayacaq

SOCAR: Gürcüstanda hüquqi şəxslərə satılan qazın qiyməti artırılmayacaq backend

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda hüquqi şəxslərə satılan təbii qazın qiymətini artırmayacaq.

“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia"dan bildiriblər.

“Ölkədə qazın satış qiymətinin artırılması təşəbbüsü ilə “Kaztransqaz-Tbilisi” şirkəti çıxış edib. Onlar bununla bağlı bəyanat yayandan sonra bizim də bununla bağlı fikirlərimiz olub. Bununla belə sonda bu ideyamızdan imtina etdik. Lakin “Kaztransqaz-Tbilisi” şirkəti fikrindən daşınmır. Şirkət martın 1-dən hüquqi istehlakçılar üçün qazın satış qiymətini hər kubmetrinə görə 0,9 lari artıraraq 0,44 lariyə çatdıracaq”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, hazırda Tbilisidə təbii qazın bir kubmetrinə görə tarifi 0,4562 lari (0,22 dollar), regionlarda isə 0,4 lari (təxminən 0,20 dollar) təşkil edir.
Diaspora