Türkiyədə telefon qiymətlərinin yüksək olması səbəbindən minlərlə insan telefon almaq üçün Gürcüstanla sərhədə - Sarp Sərhəd Qapısına axın edib.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, yeni ildən etibarən Türkiyədə rüsum, cərimə və bəzi vergi ödəmələrində qiymətlərin artacağı bildirilib.
Belə ki, xaricdən gətiriləcək telefonların qeydiyyat rüsuma da qiymət artımı təsir edəcək. Məlumatda qeyd edilib ki, 2022-ci ildə xaricdən gələn telefonların İMEİ haqqı 2006 lirədən 2023-cü ildə 2732 lirəyə qədər yüksələcək.
Ona görə də telefon almaq istəyən və yeni ildə tətbiq ediləcək vergilərdən təsirlənməmək üçün minlərlə türk sərhədə axın edib. Türkiyədən Gürcüstana şəxsiyyət vəsiqəsi ilə daxil olmaq mümkün olduğu üçün insanların bu yolla Sarp Gömrük Qapısında axını müşahidə edilib.
QAZİLER.AZ