Türkiyənin Antalya, İsparta və Burdurlu şəhərlərində hazırlanan 3 milyon ədəd "Noel çələngi" Avropaya göndəriləcək.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, həmin çələnglər kəndli qadınlar tərəfindən hazırlanır.
Əsasən mərsin budağı, ardınc, yabanı çiyələk, şam qozası, andız qozası, qırmızı fındıq bibəri, zoğal, qara yabanı üzüm və itburnu kimi meşə bitkiləri toplanaraq, türk qadınların əl əməyi ilə bəzədilir.
“Bu il təqribən 10 milyon dollarlıq ixracatımız var. Milad bayramında insanların evlərinin qapılarına asdıqları bu çələnglər təbii məhsullardan əl əməyi ilə hazırlanır. Hazırda 3 milyon ədad çələng hazırlanıb. Gəliri isə 10 milyon dollar olacaq. Bu isə son dərəcə çox gözəl rəqəmdir”, iş adamı İsmayıl Yılmaz deyib.
Qeyd edək ki, ilk dəfə 1990cı illərin ortalarında Antalyada bir alman qadın tərəfindən düzəldilən Noel çələngi 24 dekabrda xristianlar Yeni il bayramı ərəfəsində bəzək kimi istifadə edir.
QAZİLER.AZ