Sosial müavinətlər üzrə 36 faiz çox olmaqla 734 mln. manat, Prezident təqaüdləri üzrə 29 faiz çox olmaqla 492 mln. manat ödənilib.
Bu barədə Qaziler.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına istinadla xəbər verir.
Yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 838 min şəxsə sosial müavinət və təqaüd ödənilib.
Onlardan 470 min nəfəri sosial müavinətlə, 368 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Əhaliyə sosial müavinətlər üzrə 36 faiz çox olmaqla 734 mln. manat, Prezident təqaüdləri üzrə 29 faiz çox olmaqla 492 mln. manat ödənilib.
Sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 418 min, o cümlədən bu ilin 11 ayında 197 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.