İsveçrə Rusiyanın 7,95 milyard dollar dəyərində olan aktivlərini bloklayıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsveçrənin İqtisaiyyat üzrə Dövlət Katibliyi (SECO) açıqlayıb.
"3 iyul 2022-ci il tarixinə olan məlumata görə Rusiya vətəndaşlarının, fiziki və ya hüquqi şəxslərin İqtisadiyyat üzrə Dövlət Katibliyinə bəyan edilmiş əmanətlərinin məbləği 46,1 milyard frank təşkil edib. 25 noyabr 2022-ci il tarixində isə İsveçrədə dondurulmuş aktivlərin dəyəri 7,5 milyard frank təşkil edib", - deyə bildirilib.
Məlumatda o da qeyd edilib ki, Rusiyaya məxsus 15 mülk də İsveçrə kantonunda bloklanıb.
QAZİLER.AZ