Polşanın "Tines" şirkəti Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsinin həyata keçirilməsində iştirak edə bilər. Bunu Trend-ə "Tines" şirkətinin baş direktoru Tomaş Şuba deyib.
Onun sözlərinə görə, şirkət layihəyə Gürcüstan ərazisində qoşula bilər: "Biz uzun müddət layihəyə daxil olmağa çalışdıq, lakin buna Azərbaycan ərazisində nail ola bilmədik. İndi ona Gürcüstan ərazisində qoşulmaq imkanı mövcuddur".Polşa şirkəti Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər

