Elektron kənd təsərrüfatı sisteminin yaradılmasına başlanıldı

Elektron kənd təsərrüfatı sisteminin yaradılmasına başlanıldı backend

Ölkə Prezidentinin tapşırığına əsasən elektron kənd təsərrüfatı sisteminin yaradılması Kənd Təsərrüfatı Nazirliyi qarşısında əsas vəzifə kimi qoyulub. ANS PRESS xəbər verir ki, bu məqsədlə nazirlik yerlərdə müvafiq qurumları yeni sistemlə tanış etmək üçün seminar -müşavirələr keçirməyə başlayıb.İlk müşavirə Xaçmazda baş tutub .

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ANS PRESS -ə bildirib ki, müvafiq proqram təminatının yaradılması istiqamətində İtaliya şirkəti ilə birlikdə bir çox tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, ikin məlumat bazası formalaşdırılb, torpağın, təsərrüfatın qeydiyyatı üzrə konkret işləri həyata keçirmək üçün onlar Xaçmaz rayonunu pilot seçərək burada konkret işlərə başlamaq fikrindədirlər.

Nazir müavini Seyfəddin Talıbov ANS PRESS-ə pilot layhiyə çərçivəsində Xaçmazda görüləcək işləri də açıqlayıb.Həm Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları,həm də Xaçmazda torpağın qeydiyyatı ilə bilavasitə məşğul olacaq məsul şəxsləri müəyyən etmək,hər bir təsərrüfat ,hər bir kənd üzrə torpağın identifikasıya sisteminə daxil edilməsi üçün müvafiq elektron xəritələrin hazırlanmasına başlanılmalıdı.Xaçmaz İH başçısı Şəmsəddin Xanbabayev də pilot layihənin rayonun kənd təsərrüfatı sahəsində çalışan insanlar qarşısında böyük məsuliyyət qoyduqunu bildirib. Kənd təsərrüfatı sisteminin yaradılması proqramı layihəsi ilə bağlı Saatlı və Göyçay rayonlarında da seminar müşavirə təşkil ediləcək.
Diaspora