Hesablama Palatası Maliyyə Nazirliyinə irad bildirib

Hesablama Palatası Maliyyə Nazirliyinə irad bildirib backend

“Əvvəlki rəylərimizdə də qeyd edildiyi kimi dövlət büdcəsi profisitlə icra edildiyi halda borclanmaya gedilib ki, ehtiyac olmadan cəlb edilmiş borc vəsaiti qalıq vəsaitə yönəldilərək istifadəsiz qalıb, nəticədə həmin vəsait əlavə faiz xərcləri yaradıb, eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirib”.

APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının “2023-cü il dövlət büdcəsi haqqında” qanuna verdiyi rəydə bildirilib.

 

Qeyd edək ki, daxili borclanma, yəni dövlət istiqrazlarının buraxılması yolu ilə vəsaitin cəlb edilməsilə Maliyyə Nazirliyi məşğul olur.

Xatırladaq ki, dövlət büdcəsinin 8 aylıq icra nəticələrinə əsasən gəlirlər 20184,7 mln. manat və ya 101,8%, xərclər isə 18151,9 mln. manat və ya 100,4% icra edilib, büdcə profisiti 2032,8 mln. manat təşkil edib. Kəsirin maliyyələşdirilməsi mənbələri üzrə 8 ay ərzində 576,0 mln. manat, o cümlədən daxili borclanma hesabına cəlb edilmiş 380,1 mln. manat vəsait büdcə qalığına yönəldilib.

Diaspora