Böyük bahalaşma başlayır

Böyük bahalaşma başlayır backend

Dünya bazarında neftin qiyməti bir barrel üçün 90-110 dollar qiymətinə qayıda bilər. Bu fikri Financial Times qəzetinə yazdığı məqaləsində “Rosneft” şirkətinin rəhbəri İqor Seçin bildirib. Onun fikrincə, bu hazırda həyata keçirilən bəzi layihələrin ucuz qiymətlər səbəbi ilə dondurulması nəticəsində baş verə bilər. Sərmayələrin özünü doğrultması üçün qiymət artımı zəruridir.

“Rosneft” rəhbəri məqaləsində neftin qiymətinin ədalətli olması üçün onun müxtəlif maliyyə oyunçularının təsirindən azad olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, neftin qiymətlərində manipuliyasını qeyri-mümkün, ticarəti isə daha şəffaf edə bilmək üçün beynəlxalq ictimaiyyət əlindən gələni etməlidir.
Diaspora