Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet, xüsusi radiorabitə, “AzStateNet” fiber optik şəbəkəsindən istifadə və digər xidmətlər üzrə tariflərə baxılması ilə bağlı müraciətinə baxılıb.
Qaziler.az Şuraya istinadən xəbər verir ki, müraciətdə dövlət qurumlarının etibarlı rabitə ilə təmin edilməsi üçün yeni xidmətlərin yaranmasına və onlara çəkilən xərclər nəzərə alınmaqla tarif tənzimlənməsinə zərurət yarandığı bildirilib.
Xidmətlə bağlı son tarif tənzimləməsinin 24 noyabr 2011-ci il tarixində həyata keçirildiyi nəzərə alınaraq təklif olunan tariflərin qəbul olunması məqsədəuyğun hesab edilib. Bu xidmətlər yalnız dövlət orqanlarına göstərildiyi üçün bu tariflər əhaliyə və sahibkarlıq subyektlərinə şamil edilmir.