“Günəşli“ yatağında daha bir quyu istismara verilib

“Günəşli“ yatağında daha bir quyu istismara verilib backend

“Günəşli” yatağındakı 11-ci özüldən 345 nömrəli quyu qazmadan sonra istismara verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılmış quyu qazlift üsulu ilə məhsul verib, 3144-3138 metr intervaldan sutkalıq 150 min kubmetr qaz və 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “28 May” adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
Diaspora