Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 18,6 mini pensiya, qalanları müavinət və təqaüd olmaqla, 187,1 min təyinat rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Qaziler.az xəbər verir ki, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb.
Həmin vaxtdan ötən dövrdə 456,1 min pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib.
Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən aparılıb.