Socar qazın qiymətini qaldırdı

Socar qazın qiymətini qaldırdı backend

SOCAR "Georgia Gas" şirkəti kommersiya istehlakçıları üçün təbii qazın qiymətində dəyişikliklər barədə bəyanat yayıb. ANS PRESS-in məlumatına görə, SOCAR "Georgia Gas" bu barədə bəyanət yayıb. Bəyanatda deyilir:

“Təbii qazın qiymətinin unifikasiyası məqsədilə onların SOCAR "Georgia Gas" kommersiya sektorunda istehlakçıların müəyyən qrupu üçün korrektəsi lazım olub.

SOCAR Georgia Gas-ın nəql edilən qazın 1 kubmetr üçün qiyməti 84 tetridən aşağı olan kommersiya istehlakçıları üçün cari ilin oktyabr ayının 1-dən qazın 1 kubmetri üçün qiymət ƏDV nəzərə alınmaqla 84 tetri olacaq.

Şirkətin qərarı ilə çörək zavodları və büdcə təşkilatları üçün təbii qazın qiyməti dəyişməz olaraq qalacaq”, - deyə bəyanatda vurğulanır.
Diaspora