Maliyyə Nazirliyi Almaniyadakı səfirliyimizlə bağlı DTX-ya müraciət edib

Maliyyə Nazirliyi Almaniyadakı səfirliyimizlə bağlı DTX-ya müraciət edib backend

Azərbaycanın Almaniyadakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixinə qədərki dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib.

Qaziler.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərə alınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.

Diaspora