Korona ilə mübarizə üçün xərclənən vəsait açıqlandı

Korona ilə mübarizə üçün xərclənən vəsait açıqlandı backend

Ötən il dövlət büdcəsindən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə üçün xərclənən vəsait məlum olub.

Qaziler.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən imzalanan 2021-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanununda əksini tapıb.

Belə ki, ötən il pandemiyaya qarşı mübarizə məqsədilə 260 922 245 manat vəsait xərclənib.

Qeyd edək ki, ötən il ötən il pandemiya ilə mübarizəyə 261 milyon ayrılsa da bu məbləğ kifayət etməyib. Pandemiya ilə mübarizə üçün əlavə olaraq həm dövlət büdcəsinin ehtiyat fondundan 266 milyon manat, icbari tibbi sğorta fondundan 280 milyon manat ayrılıb. Ayrılmış vəsait əsasən vaksinlərin və müvafiq tibbi avadanlıqların alınmasına, həkimlərə, könüllülərə xüsusi ödənişlərə və digər tibbi xərclərə sərf edilib.

Diaspora