Pensiyalar artırılacaq - Maliyyə naziri

Pensiyalar artırılacaq -  Maliyyə naziri backend

Azərbaycanda sosial müdafiə xərcləri artırılır.

Trend-in məlumatına görə, maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin xərclənəcəyi əsas istiqamətlərdən biri də sosial mudafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardım, əməkhaqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsidir.

Onun sözlərinə görə, yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin (2382,0 milyon manat) və kəsirinin (43,0 milyon manat) artımı və təsdiq olunmuş xərcləri arasında aparılacaq dəyişiklik (561,0 milyon manat) hesabına formalaşacaq 2986,0 milyon manat vəsaitin 519,0 milyon manatı sosial müdafiə sahəsinə yönəldiləcək.

Diaspora