Bəzi müavinət xərcləri azaldılacaq

Bəzi müavinət xərcləri azaldılacaq backend

Bəzi müavinət xərclərinin bir qədər azaldılması nəzərdə tutulur.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu, COVID-19 pandemiyasının mənfi təsirlərinin getdikcə azalması ilə bağlıdır.

"Dəyişikliklər əhalinin sosial müdafiəsinin davamlılığının təmin etmək strategiyasına xidmət edir", - deyə M. Quliyev əlavə edib.

Trend.az

Diaspora