Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən, səhiyyə xərcləri 1 milyard 708,797 milyon manat səviyyəsində müəyyən edilib.
Qaziler.az xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, təsdiq olunmuş büdcə proqnozu ilə müqayisədə 79,8 milyon manat və ya 4,5 % azdır.
Məlumata görə, yenilənmiş səhiyyə xərclərinin 1,804 milyon manatı (əvvəlki proqnozla müqayisədə 8,3 % və ya 139 min manat çox) poliklinikalar və ambulatoriyalara, 169,954 milyon manatı (1,2 milyon manat və ya 0,7 % az) xəstəxanalara, 2,591 milyon manatı (2 min manat və ya 0,08 % çox) səhiyyə sahəsində tətbiqi tədqiqatlarına, 1 milyard 534,449 milyon manatı (78,8 milyon manat və ya 4,9 % az) səhiyyə sahəsində proqramlar və digər xidmətlərə, 1 milyard 125,675 milyon manatı (dəyişməyib) isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üzrə nəzərdə tutulub.