Qarabağın bərpası üçün dövlət xərcləri artırıldı

Qarabağın bərpası üçün dövlət xərcləri artırıldı backend

Bu il Azərbaycanın dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2,670 milyard manat ayrılacaq.

Qaziler.az xəbər verir ki, bu barədə "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, təsdiqlənmiş proqnoza nisbətən 21,4 % və ya 470 milyon manat çoxdur.

Bu xərclər dövlət büdcəsinin tikinti və şəhərsalma xərcləri maddəsində əksini tapıb. Bu maddə üzrə xərclər 5 milyard 972,271 milyon manat müəyyən edilib ki, bu da, əvvəlki büdcə proqnozu ilə müqayisədə 980,6 milyon manat və ya 19,6 % çoxdur.

Məlumata görə, bunun 3 milyard 286,4 milyon manatı (əvvəlki proqnozla müqayisədə 17,8 % və ya 496,6 milyon manat çox) dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) təşkil edir.

Diaspora