Bu gün London birjasında neftin qiyməti sabahı bahalaşma ilə başlayıb. ANS PRESS-in məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 10 radələrində London birjasında Brent markalı neftin bir barrelinin qiyməti 43,54 dollara qədər qalxıb.
Bakı vaxtı ilə saat 09.25-ə London birjasında Brent neftinin qiymətiTexas markalı neftin barrelinin qiyməti də 40 dolların ətrafında dəyişib. Bakı vaxtı ilə saat 10 radələrində Texas nefti barrel üzrə qiyməti 39,67 dollara çatıb.
“AzəriLayt” markalı neftin də bahalaşıb. “AzəriLayt”ın bir barrelinin qiyməti London birjasında 44,47 dollar təşkil edib. Dünən isə London birjasında “AzəriLayt”ın bir barrelinin qiyməti 43,99 dollara düşmüşdü.
Birjalardan gələn xəbərlər Azərbaycan ekspertlərini nikbinləşdirib. Ölkənin əsas ixrac məhsulu olan neftin qiymətinin yüksək olması təkrar devalvasiya olmayacağından xəbər verir.
Beynəlxalq ekspertlər neft qiymətlərinin qarşıdan gələn aylarda da təzyiq altında olacağını bildirirlər. Onların fikrincə, yay avtomobil səyahətləri mövsümünün başa çatması ilə neftə tələbat daha da azalacaq.