Asiya-Sakit okean regionu ölkələrinin ticarət nazirləri hərtərəfli regional iqtisadi tərəfdaşlıq üzrə danışıqlarda tariflərin ləğvi məsələsində irəliləyişə nail olublar.
Yaponiya, Çin və ASEAN ölkələri də daxil olmaqla 16 dövlətin iştirak etdiyi həmin danışıqlar Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilib.Nazirlərin əldə etdiyi razılığa əsasən, razılaşmanın qüvvəyə mindiyi müddətdən başlayaraq 10 il ərzində bütün əmtəələrin 80 faizinə tariflər ləğv ediləcək.
İştirakçı ölkələr bu məqsədə daha tez çatmaq üçün məsələnin ətraflı müzakirəsinə tezliklə başlamaq barədə də razılığa gəliblər.