TEKNOFEST festivalı Azərbaycan gənclərinin inkişafına yönəlib - Nazir

TEKNOFEST festivalı  Azərbaycan gənclərinin inkişafına yönəlib - Nazir backend

Bakıda TEKNOFEST beynəlxalq festivalının keçirilməsi Azərbaycan və Türkiyənin qardaşlığını növbəti dəfə təsdiq edir.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev TEKNOFEST-in açılış mərasimində deyib.

Nazir bildirib ki, bu festival Azərbaycan gənclərinin inkişafına yönəlib.

"Bizim gənclərimiz 44 gün ərzində torpaqlarımızı işğaldan qurtardı. 44 günlük müharibədə qələbəmiz texnoloji arenada da davam edəcək. Mayın 28-də biz iştirakçıların mükafatlandırılmasını keçirəcəyik", - nazir deyib.

 

O, həmçinin qeyd edib ki, ən baxımlı sahələrdən biri "Smart Karabakh" müsabiqəsinin stendidir.

"Festivalda həm də investorlar və vençur fondlarının rəhbərləri iştirak edir, bu da investorları öz layihəsinə cəlb etmək üçün imkan yaradır.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.AzMilli.AzAzernewsEastweststreamToday.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Diaspora