Azərbaycan Ankara və İstanbulda daimi turizm nümayəndəliyi aça bilər

Azərbaycan Ankara və İstanbulda daimi turizm nümayəndəliyi aça bilər backend

Türkiyənin paytaxtı Ankarada və İstanbul şəhərində Azərbaycanın daimi turizm nümayəndəliyi aça bilər.

Bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi bir sıra ölkələrdə turizm nümayəndəliyi açmaq, digər ölkələrdə isə tərəfdaş şirkətlərlə işbirliyi qurmaq niyyətindədir.

 

"Pandemiyadan öncə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdən Türkiyə və Qazaxıstanda Azərbaycanın daimi turizm nümayəndəliyinin açılması planlaşdırılırdı. Bizim Türkiyədə turizm nümayəndəliyi açmaq planımız hələ də var. Türkiyə bizim üçün ən böyük prioritet bazarlardan biridir. Nümayədəliyimizin Ankara ya da İstanbulda açılması və ya hər ikisində olması ilə bağlı hazırda müzakirə gedir", - deyə K.Quluzadə bildirib.

Diaspora