Çinin qiymətli kağızlar bazarında böhran davam edir. APA TV-nin məlumatına görə, Çin fond bazarı günə ucuzlaşma ilə başlayıb. Ölkənin əsas qiymətli kağızlar indeksi 6 faiz ucuzlaşıb. CSİ300 indeksi günə 6,3, Shanghai Composite fond indeksi 6,4 faiz ucuzlaşmaqla start verib. Analitiklər bazarda təşvişin hələ bir müddət davam edəcəyini, hökumətin müdaxiləsi olmayacağı təqdirdə ucuzlaşma prosesinin qarşısını almağın mümkün olmayacağını bildirir.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və Avropanın fond birjalarında da analoji vəziyyət hökm sürür. Əsas indekslərin hamısında 4-6 faiz ucuzlaşma var. Müşahidəçilər bununla ümumdünya iqtisadi böhranının pik həddinə çatdığını düşünürlər.