Çoxuşaqlı analara və övladını təkbaşına böyüdən atalara ŞAD XƏBƏR

Çoxuşaqlı analara və övladını təkbaşına böyüdən atalara ŞAD XƏBƏR backend

Çoxuşaqlı qadınlara və sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək.

"Report"un xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, 8-ci maddədə adıkeçən şəxslərə - çoxuşaqlı qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara analoji proaktiv pensiya təyinatı mümkün olacaq və onlara da 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Diaspora