“Brent” markalı neftin qiyməti son 6,5 ilin ən aşağı səviyyəsinə enib

“Brent” markalı neftin qiyməti son 6,5 ilin ən aşağı səviyyəsinə enib backend

“Brent” markalı neftin bir barrelinin qiyməti 43,97 dollaradək ucuzlaşaraq son 6,5 ilin ən aşağı səviyyəsinə enib.



AZƏRTAC xəbər verir ki, analitiklər qiymətlərə dünyanın ən böyük ikinci iqtisadiyyatı olan Çinin səhm bazarındakı vəziyyətin təsir etdiyini bildirirlər. Həmçinin, neft qiymətlərindəki kəskin enişə tələbin azalması və qlobal deflyasiya riski də təsir göstərib. Analitiklər “Brent” neftinin barrel qiymətinin 41,70 səviyyəsində olacağı və bahalaşacağı təqdirdə isə 45,50 dollar civarında dəyişəcəyi qənaətindədirlər.

“Brent” neftinin barrel qiyməti 2009-cu ilin martından bu vaxtadək ən aşağı səviyyəyə geriləyib.

Qərbi Texas növü olan “Layt” markalı neftin bir barrelinin qiyməti isə 39,01 dollaradək azalıb. “Layt” 2009-cu ilin fevralından bu vaxtadək ən aşağı səviyyəyə enməsinə baxmayaraq hazırda 39,25 dollar civarında alıcı tapır.
Diaspora