CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,37 dollar/barel təşkil edib.
1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü Trend-ə verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən 3,53 dollar/barel artıb."Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.
ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 62,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,54 dollar/barel çoxdur.
Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 13-də 58,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,59 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 13-də 60,11 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,79 dollar/barel çoxdur.