Rusiya qaza görə rublla ödəniş etməyəcək ölkələrə xəbərdarlıq edib

Rusiya qaza görə rublla ödəniş etməyəcək ölkələrə xəbərdarlıq edib backend

Rusiya dost olmayan ölkələrin aprelin 1-dən qaz müqavilələrinə görə ödənişi rublla etməyəcəyi təqdirdə, bunu müqavilə şərtlərinin pozulması hesab edəcək.

Apa RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin aviasiya sahəsinə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

O, rublla ödənişlərin olmayacağı təqdirdə hansı addımların atılacağını da qeyd edib.

“Əgər rublla ödənişlər olmasa, bunu alıcının müqavilə şərtlərini pozması kimi qəbul edəcəyik”, - Putin vurğulayıb.

Rusiya lideri diqqətə çatdırıb ki, bunun doğuracağı nəticələr məlumdur.

Diaspora