Şotlandiyanın Kral Bankı özünün Rusiyadakı aktivlərini satacaq. Axar.az xəbər verir ki, bu barədə “Blomberq” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb. Bu aktivləri Rusiyadan olan hansısa bank alacaq.
Lakin agentlik Kral Bankının aktivlərinin məhz hansı bank tərəfindən alınacağını açıqlamır. Qeyd edək ki, Şotlandiya Kral Bankı Rusiyadakı aktivlərini 2007-ci ildə əldə edib. Onun Rusiya aktivlərinin dəyəri 2,5 milyard dollar səviyyəsində qiymətləndirilir. Bu bank hazırda Böyük Britaniyanın ikinci ən böyük bankı hesab edilir. - See more at: http://axar.az/news/61901#sthash.Jr2IrLDj.dpuf