Türkiyədən Azərbaycana jest: Bu qərarla qiymətlər düşəcək

Türkiyədən Azərbaycana jest:  Bu qərarla qiymətlər düşəcək backend

Türkiyə, Şimali Kipr Türk Respublikası və Azərbaycan istisna olmaqla, digər ölkələrə ət ixracını dayandırmaq barədə qərar verib.

Türkiyə Ticarət Nazirliyindən verilən məlumata görə, belə qərarın verilməsinə səbəb ölkədə ətin qiymətinin qəfil artması olub. Qərarla adı çəkilən ölkələrdən başqa dövlətlərə mal-qara, qoyun və keçi ətinin ixracı ikinci bir qərara qədər dayandırılıb.

Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xaricdən 7 min 185,04 ton ət idxal edilib. Bu həcmdə ətin dəyəri 12 milyon 131,58 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin iki aylıq dövrü ilə müqayisədə müvafiq olaraq 1 min 140,33 ton (18,9 %) yaxud da 1 milyon 939,6 min ABŞ dolları (19,03 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0, 62 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 2 ayında Azərbaycanda diri çəkidə 87,9 min ton ət istehsal edilib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.

Report.az

Diaspora