Bu il dekabrın 31-dək dənli bitkilərin Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.
Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında əksini tapıb.
Qərara əsasən, eyni zamanda, unüyütmə - yarma sənayesi məhsulları, səməni, nişastalar, inulin, buğda özü, yağlı toxumlar və bar, digər toxumlar, bar və dən, dərman bitkiləri və texniki bitkilər, saman və yemin də Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.
Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək.