Azərbaycanda bəzi kənd təsərrüfatı məhsulları bahalaşıb

Azərbaycanda bəzi kənd təsərrüfatı məhsulları bahalaşıb backend

Bu ilin yanvar ayında əvvəlki ilin dekabr ayına nisbətən Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri, o cümlədən ayrı-ayrılıqda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0% bahalaşıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiyməti 2,1%, buğda 0,3% ucuzlaşıb, xiyar 10,4%, pomidor 1,1%, baş kələm 0,4%, quru ot 1,9%, yonca 2,9%, noxud dəni 0,7%, lobya dəni 0,2%, kartofun istehsalçı qiyməti isə 0,7% bahalaşıb.

Çoxillik bitkilərdən xurmanın istehsalçı qiyməti 10,1%, naringi 9,3%, heyva 6,9%, nar 2,9%, limon 1,0%, alma və portağal 0,4%, qoz-fındığın istehsalçı qiyməti isə 3,4% bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 6,%, qoyun və keçilərin qırxılmış yuyulmamış yunu 4,5%, cavan camışlar 1,0%, təbii balın istehsalçı qiyməti 0,4% bahalaşıb, quş əti (diri çəkidə) 0,7%, diri qoyun və keçilər 4,1%, qoyun ətinin (diri çəkidə) istehsalçı qiyməti isə 0,5% ucuzlaşıb.
Diaspora