2021-ci ildə Azərbaycanda koronavirus pandemiyasına qarşı mabrizə tədbirləri üçün 800,8 milyon manat manat istifadə olunub.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.
Baş nazi bildirib ki, ayrılmış vəsaitlərin 314,1 milyon manatı vaksinlərin alınmasına, 165,8 milyon manatı tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə, 132,9 milyon manatı modul tipli xəstəxanaların fəaliyyətinin təmin edilməsinə, 115,3 milyon manatı dərman, tibbi ləvazimatlar, avadanlıqlar və digər malların, xidmətlərin alınmasına, eləcə də digər istiqamətlərə xərclənib.