Türkiyə təhlükəsizlik qüvvələri Diyarbəkirin Sur və Silvan qəsəbələrində “müstəqillik” elan edən Demokratik Bölgələr Partiyasının yerli təşkilatının rəhbərlərini və bələdiyyə sədrlərini həbs edib.
APA TV-nin məlumatına görə, əməliyyat zamanı 30-dək şəxsin həbs olunduğu bildirilir. Həbs olunanlar arasında Silvan bələdiyyəsinin sədr müavini də var. Hazırda bölgədə həbslər davam edir. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan DBP-nin “müstəqillik” elan etməsi ilə bağlı suala “separatçılığın əvəzini artıqlaması ilə alacaqlar” cavabı vermişdi.Diyarbəkirin Lice qəsəbəsində terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma hələ də davam edir. Atışmada şəhid olan hərbçilərin sayı 3-ə çatıb. Atışmanın ilk saatlarında yaralanan dörd hərbçi xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onlardan birinin həyatını qurtarmaq mümkün olmayıb.